Mobil versiya
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
Tarix: 24-10-2026 | Saat: 19:39
Bölmə:Ölkə | çapa göndər

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı -


Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.

“aia.az” xəbər verir ki, qətli törədənlərin “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub.

Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.

Hadisənin baş verdiyi ərazidə görüşü barışıq məqsədi ilə deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə, Elmar Cəfərov və Emin Rəhimov isə qəsdən adamöldürməyə görə saxlanılıblar.

Fotoda Əhməd Əlizadə



Fotoda “Ceyhun Sabunçu”



Fotoda Əhmədin dostu Kamran



Hadisənin başladığı kabinet







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2026