Ermənistan sülhü sabotaj edir: Paşinyana verilən ev tapşırıqları niyə yerinə yetirilmir?
Tarix: 24-10-2026 | Saat: 16:02
Bölmə:Dünya | çapa göndər

"Ermənistan yekun sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atmalıdır. Bu ölkədə keçirilən parlament seçkilərindən, hökumətin formalaşdırılmasından və Hökumət Proqramının qəbul edilməsindən sonra hər hansı irəliləyiş nəzərə çarpmır. Halbuki2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sazişdən sonra Ermənistan üzərinə öhdəliklər götürmüşdü".
Bu sözləri Musavat.com-a Milli Məclisin təmsilçisi Könül Nurullayeva deyib.
O qeyd edib ki, ötən bir il ərzində Bakı ilə İrəvan arasında birbaşa təmaslar baş tutsa da, Azərbaycan tranzit məhdudiyyətlərini aradan qaldırsa da, Ermənistan yalnız vaxt uzatmaqla məşğuldur: "
Üstəlik, yekun sülhə ən böyük maneə olan Ermənistan Konstitusiyasının dəyişdirilməsilə bağlı proses də ölü nöqtədən tərpənməyib. Yeni Konstitusiyanın layihəsi hələ də geniş ictimaiyyətə təqdim edilməyib. Eyni zamanda TRİPP-in inşası ilə bağlı tenderlər barədə heç bir məlumat yoxdur. Paşinyan isə ev tapşırıqlarını ən qısa zamanda yerinə yetirmək əvəzinə prosesin 2031-ci ilədək, daha sonra düzəliş edərək 2027-2028-ci ilədək uzadılmasına dair absurd açıqlamalar verir. Həmçinin eksklav və anklavlar mövzusunda müzakirə aparılmadığı halda Ermənistan tərəfindən dezinformasiyalar yayılmaqdadır. Bunu hökumətlərarası komissiyanın Ermənistandan olan həmsədri, Baş nazirin müavini Mher Qriqoryan da təsdiqləyib. Bununla belə erməni mətbuatında bu mövzu ətrafında absurd iddialar səsləndirilir. Bir sözlə, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətninin paraflanması kifayət qədər mühüm mərhələ idi. Bu addım razılaşma üçün diplomatik zəminin formalaşdığını göstərirdi. İndi əsas məsələ bu zəminin yekun hüquqi sənədə çevrilməsidir".
Parlamentari onu da diqqətə çatdırdı ki, əgər tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlərsə, bu mövqe onların hüquqi-siyasi yanaşmalarında da ardıcıl şəkildə əksini tapmalıdır:
"Ermənistanda Konstitusiya dəyişikliyinin gecikməsi sülh sazişinin imzalanmasını çətinləşdirir, onun gələcəkdə icrası ilə bağlı əlavə mübahisələrə yol açır. Buna görə də Ermənistan rəhbərliyinin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətdə sülhün hüquqi əsaslarını izah etmək və zəruri qərarların qəbuluna siyasi zəmin yaratmaqdır.
Sülh prosesinə təsir göstərən digər mühüm amil Ermənistandakı daxili siyasi mühitdir. Keçmiş münaqişənin siyasi mübarizədə revanşistlər tərəfindən yenidən gündəmə gətirilməsi, əldə olunmuş razılaşmaların yenidən nəzərdən keçirilməsinə dair çağırışlar cəmiyyətlər arasında etimadın formalaşmasına mane olur. Belə bir şəraitdə sülh sazişinin imzalanmasının gecikməsi əlavə risklər yaradır".
K.Nurullayeva yekun olaraq bildirdi ki, davamlı sülh üçün Ermənistan rəhbərliyi sülh gündəliyini uzunmüddətli dövlət strategiyası kimi təqdim etməlidir. Əsas prioritet sülh prosesinin böyük dövlətlər arasında rəqabət alətinə çevrilməməsidir. Azərbaycanın nümunəsi göstərir ki, region dövlətləri öz təhlükəsizlik və əməkdaşlıq gündəliklərini müstəqil şəkildə formalaşdırmalı, kənar tərəflərin maraqlarını deyil, uzunmüddətli regional sabitliyi əsas götürməlidirlər. Sülhün yubadılması bütövlükdə regionun təhlükəsizlik, iqtisadi inkişaf və geosiyasi sabitlik perspektivlərini risk altında saxlayır".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-10-2026
10:55 Qubadlıya gedən Yol
23-10-2026