Ana Sayfa > Parlament > Deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə görüşləri davam edir
Deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə görüşləri davam edir16-08-2024, 18:00. Yazar: sevinc1 |
VII çağırış Milli Məclisə seçkilərdə namizədliyi 115 saylı Şəki kənd seçki dairəsi tərəfindən qeydə alınmış bitərəf namizəd Cavanşir Feyziyev seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizədin növbəti görüşləri Şəkinin İbrahimkənd yaşayış məntəqəsində və Orta Zəyzid kəndində baş tutmuşdur. aia.az xəbər verir ki, hər iki görüşdə Cavanşir Feyziyev sakinlər tərəfindən böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanıb. Səmimi söhbət əsnasında keçirilən görüşdə Cavanşir Feyziyev seçicilərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Sakinlər namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar. Sonra kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Cavanşir Feyziyev bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Deputatlığa namizəd sonda seçicilərinə yekdil dəstəyə və xoş münasibətə görə təşəkkürünü bildirib. Geri dön |