Mobil versiya
ABŞ Senatı Trampı cəzalandırmaq istəyir
Tarix: 24-10-2026 | Saat: 14:00
Bölmə:Dünya | çapa göndər

ABŞ Senatı Trampı cəzalandırmaq istəyir


Ukraynaya görə Ağ Evin qərarları bloklana bilər
ABŞ Konqresində Prezident Donald Trampla yeni qarşıdurma yaranıb. Belə ki, Respublikaçı və demokrat senatorlar Trampı Ukrayna ordusunun istifadə etdiyi Starlink peyk rabitəsində məhdudiyyətlər aradan qaldırılmayacağı təqdirdə Ağ Evin yüksək vəzifələrə irəli sürdüyü namizədlərin təsdiqini bloklamaqla hədələyiblər.

aia.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, senatorlar administrasiyaya xəbərdarlıq ediblər ki, Ukraynada Starlink və Starshield peyk xidmətlərinin normal fəaliyyəti bərpa olunmayana qədər Trampın onlarla namizədinin təsdiqi əngəllənə bilər.

Respublikaçı konqresmen Brayan Fitzpatrik rabitə fasilələrinin təsadüfi olduğuna şübhə etdiyini bildirib. O, yaranmış problemlərə görə məsuliyyət daşıyan ABŞ rəsmilərinin vəzifədən uzaqlaşdırılmasını tələb edə biləcəyini açıqlayıb.

Senatorlar Riçard Blumental və Tom Tillis də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında məsələdən narahatlıqlarını ifadə ediblər.

Zelenskinin sözlərinə görə, peyk rabitəsindəki məhdudiyyətlər Ukrayna ordusunun Rusiya dronlarını zərərsizləşdirmək imkanlarını zəiflədir. Xüsusilə saatda 160 kilometrdən yüksək sürətlə hərəkət edən dronların qarşısının alınmasında ciddi çətinliklər yaranıb.
Senatorlar birgə bəyanatlarında Rusiyanın hərbi imkanlarının maliyyələşdirilməsini, Ukraynanın peyk rabitəsindəki fasilələri və hava hücumundan müdafiə sisteminin zəifləməsini sülh prosesinə mane olan amillər kimi qiymətləndiriblər.

Məlumata əsasən, rabitə və erkən xəbərdarlıq sistemlərindəki problemlər Ukraynadakı amerikalı diplomatların təhlükəsizliyinə də təsir göstərib. Bəzi hallarda hava hücumu xəbərdarlıqları gec çatdığından diplomatlar bunkerlərə yetişə bilməyərək dəhlizlərdə sığınmağa məcbur olublar.

“Politico”nun məlumatına görə, oktyabrın 23-də də Starshield sistemindəki sürət məhdudiyyətləri Ukraynanın Rusiya hücum dronlarına qarşı əməliyyatlarına mənfi təsir göstərməkdə davam edib.

“The New York Times” onu da qeyd edib ki, hələlik Trampın namizədlərinin bloklanması həyata keçirilməyib, bu, senatorların planlaşdırdığı təzyiq tədbiridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə