Mobil versiya
Bakıda yanğın: Ölən var
Tarix: 23-11-2016 | Saat: 13:19
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər



Ötən gecə Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyimiz xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilində baş verib.

Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024