Mobil versiya
“Seçimimiz YAP-ın namizədidir!” -Fotolar
Tarix: 15-08-2024 | Saat: 18:39
Bölmə:Seçki 2024 | çapa göndər

“Seçimimiz YAP-ın namizədidir!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin YAP Balakən rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər xalqımıza tarixi nailiyyətlər qazandırıb: “Həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb”.

Deputatlığa namizəd Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu nəticələrini və qarşıda duran hədəfləri diqqətə çatdırıb: “Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz tam bərpa edilib. Postmüharibə dövründə yeni uğurlara imza atırıq. Bütün bunlar dövlətçilik tariximizin qürurverici səhifələridir”

O, YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamını ifadə edib.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Rəşid Musayev, görüş iştirakçıları Naida Dibirova, Aygün Hacıyeva və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.

Seçicilər də öz növbəsində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini ifadə ediblər. “Seçimimiz YAP-ın namizədidir!”, - deyə vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024