Novruzəli Aslanov: “Azərbaycan öz gəncliyi ilə fəxr edir”
Tarix: 15-08-2024 | Saat: 17:44
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılarımızın və onların məşqçilərinin qəbulu zamanı etdiyi çıxışında səsləndirdiyi fikirlər Azərbaycan idmanının bugünkü vəziyyətinin obyektiv qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. İlk növbədə dövlətimizin başçısı Azərbaycan idmançılarının Paris Olimpiadasında əldə etdikləri uğurları yüksək qiymətləndirməklə, bu sahəyə göstərilən dövlət qayğısının nəticəsiz qalmadığını vurğulamış oldu. Həqiqətən də Olimpiadada beş idman növündə medal qazanan idmançılarımız bütün xalqa qürur və sevinc hissi yaşatdılar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, bu yarışlarda əldə olunan medalların dəyəri daha yüksəkdir. İdmançılarımızın Olimpiya Oyunlarındakı uğurları bir daha sübut edir ki, ölkəmiz güclü idman dövlətidir. Təsadüfi deyil ki, Azərbaycan bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almış, müsəlman ölkələri arasında isə üçüncü yerdə qərarlaşmışdır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra müsahibimiz qeyd edib ki, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısı gələcəkdə idmançılarımızın daha parlaq qələbələrə imza atmaları üçün möhkəm zəmin yaradır: “Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, Paris Yay Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Müəyyən istirahətdən sonra yenidən məşq proseslərinə start veriləcək və idmançılarımız həm Avropa, həm da dünya çempionatlarına ciddi şəkildə hazırlaşmağa başlayacaqlar. Cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzinə çəkdiyi məqamlardan biri bu oldu ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmaq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra daha böyük diqqət göstərmək vacibdir. Həqiqətən də bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait mövcuddur. Xüsusilə cənab Prezident idmana rəhbərlik edən qurumlar arasında koordinasiya işlərinin düzgün qurulduğunu, federasiyaların və klubların uğurla fəaliyyət göstərdiyini vurğuladı. Bütün bunlar deməyə əsas verir ki, Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl və effektiv şəkildə aparılacaq. Bu gün biz həqiqətən də gənc nəslimizlə qürur duyuruq və buna səbəb həm fiziki, həm də mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan gəncliyidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024
23:23 COP29-un nailiyyətləri