Mobil versiya
Flora Kərimova və Afət Fərmanqızı məhkəməsində QƏRAR VERİLDİ
Tarix: 14-08-2024 | Saat: 18:45
Bölmə:Şou-biznes | çapa göndər

Flora Kərimova və Afət Fərmanqızı məhkəməsində

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

aia.az bildirir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.

Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub./apa

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə