Yeni Azərbaycan Partiyasına güvənirik -Fotolar
Tarix: 14-08-2024 | Saat: 10:30
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Tərtər rayonunun Xoruzlu və Qaradağlı kəndlərində seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov YAP-ın böyük uğurlara imza atdığını və budəfəki seçkilərə də qələbə əzmi ilə getdiyini söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət xalqımıza böyük nailiyyətlər və möhtəşəm Zəfər qazandırıb.
Çıxış edən deputatlığa namizəd Anar Məmmədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib: “Uğurlarımızın zirvə nöqtəsi 30 ilədək Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi – ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasıdır. Yeni dövrdə qarşıda duran hədəflərin reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edəcək”.
Anar Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə təşviqat qrupunun üzvləri Elşən Səfərov, Fədail Musayev, Rəşad Şahbazov və Vəsilə Mehdiyeva çıxış edərək yeni qələbələr naminə seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər isə YAP-ın xalqın etimadını doğrultduğunu və ölkəmizin inkişafına layiqli töhfələr verdiyini bildirib, “Yeni Azərbaycan Partiyasına güvənirik”, - deyə vurğulayaraq YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024