Mobil versiya
Dünənki deyilsən
Tarix: 22-11-2016 | Saat: 12:31
Bölmə:Seçilənlər-5 | çapa göndər




Azərbaycan Texniki Universitetinin Metalşunaslıq mühəndisliyi fakültəsinin 1kurs tələbəs(qrup476a)Abasova Nəzrin Əhməqızına

Dünənki deyilsən,qızım,dünənki,
Ömrün,günün kimi dəyişdi yolun;
Ədalətə sığın,haqqa güvən ki,
İnamla bərkisin qanadın,qolun!

Zərif ürəyinə yük etmə kini,
Çox da fikir vermə hər ağlı kəmə!
Elmlə sevindir müəllimini,
Süfrəyə soyuq ol,dərsə gecikmə!

Bu gün zövq alırsan tələbəlikdən,
Kamil görünürsən sən gənc yaşınla;
Bilik deyə ağrı-acıya dözsən,
Dil tapa bilərsən karandaşınla!

Oxumaq həvəsin sönməsin təki,
Elm də həyat tək dərindir,dərin!
Kitabdan,dəftərdən möhkəm yapış ki,
Zəka işığında keçsin günlərin!

Ürək-ürək yaşa xoş niyyətinlə,
Atana,anana qanad ol,qızım!
Çalış həm işinlə,həm sənətinlə
Vətənə layiqli övlad ol,qızım!

26.09.16

Nürəddin Mirzəxanlı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024