Ana Sayfa > Seçilənlər-5 > Dünənki deyilsən
Dünənki deyilsən22-11-2016, 12:31. Yazar: admin |
![]() Azərbaycan Texniki Universitetinin Metalşunaslıq mühəndisliyi fakültəsinin 1kurs tələbəs(qrup476a)Abasova Nəzrin Əhməqızına Dünənki deyilsən,qızım,dünənki, Ömrün,günün kimi dəyişdi yolun; Ədalətə sığın,haqqa güvən ki, İnamla bərkisin qanadın,qolun! Zərif ürəyinə yük etmə kini, Çox da fikir vermə hər ağlı kəmə! Elmlə sevindir müəllimini, Süfrəyə soyuq ol,dərsə gecikmə! Bu gün zövq alırsan tələbəlikdən, Kamil görünürsən sən gənc yaşınla; Bilik deyə ağrı-acıya dözsən, Dil tapa bilərsən karandaşınla! Oxumaq həvəsin sönməsin təki, Elm də həyat tək dərindir,dərin! Kitabdan,dəftərdən möhkəm yapış ki, Zəka işığında keçsin günlərin! Ürək-ürək yaşa xoş niyyətinlə, Atana,anana qanad ol,qızım! Çalış həm işinlə,həm sənətinlə Vətənə layiqli övlad ol,qızım! 26.09.16 Nürəddin Mirzəxanlı Geri dön |