Mobil versiya
İran XİN Haniyənin öldürülməsində ABŞ-ı da ittiham edib
Tarix: 31-07-2024 | Saat: 16:57
Bölmə:Dünya | çapa göndər

İran XİN Haniyənin öldürülməsində ABŞ-ı da ittiham edib

İran Xarici İşlər Nazirliyi HAMAS-ın siyasi qanadının lideri İsmayıl Haniyənin öldürülməsində ABŞ-ı da ittiham edib.

aia.az xəbər verir ki, bu barədə İran XİN-in yaydığı bəyanatda qeyd olunub.

"İran İslam Respublikası Xarici İşlər Nazirliyi fələstinlilərə qarşı işğalın və soyqırımının davam etdirilməsində, bu mənfur terror aktının törədilməsində ABŞ hökumətinin məsuliyyətini də vurğulayır", - bəyanatda deyilir.

İran XİN bəyanatında Haniyənin öldürülməsini "qətiyyətlə pislədiyini" və İranın "suverenliyi və ərazi bütövlüyünə qarşı bu təcavüzkar hərəkətə layiqli cavab vermək hüququna malik olduğunu" bildirib.

XİN həmçinin ölkələri və beynəlxalq təşkilatları Fələstini dəstəkləməyə, İsrailə qarşı impiçment tədbirləri görməyə çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024