Mobil versiya
Qərbi Azərbaycan kökənli olmağımla qürur duyuram
Tarix: 31-07-2024 | Saat: 10:51
Bölmə:Manşet / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Qərbi Azərbaycan kökənli olmağımla qürur duyuram

Qərbi Azərbaycanın- Şərqi Zəngəzurun Qafan rayonunun Dovrus kəndi ata-baba yurdumuzdur. Bu adı ilk dəfə nənəmin bayatılarında, dodaqaltı zümzümələrində duyub eşitmişəm. Anamın o yurd yerləri ilə bağlı xatirələrini dinləməkdən doymamışam. Babamın hər axşam gözünü uzaqlara zilləyib dinmədən baxmasından hiss edirəm ki o yurd yerlərinin həsrətini çəkir. Bir az nisgil, kədər və həsrət qarışıq duyğularla süslənmiş bu bayatılar, nəğmələr içimdə bir ayrı “mən” böyütdü və bu “məni” Qərbi Azərbaycan İcmasında tapdım. Biz gənclər də hamı kimi bu təşkilatın formalaşmasında, təşkilatlanmasında maraqlıyıq. Burada bizim bütün potensial imkanlarımızı üzə çıxarmaq üçün hər cür şərait var. İcmanın sədri Əziz müəllimin xoş münasibətləri, əməkdaşların qayğıkeşliyi, qədim Oğuz yurdları haqqında söhbətləri dinləmək adamda işləmək həvəsi, yazıb-yaratmaq duğuları oyadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan icmasına xüsusi diqqəti və qayğısı, İcmanın hər cür şəraitə malik bina ilə təmin edilməsi, Qərbi Azərbaycan Tv-nin fəaliyyətə başlaması biz gənclərin daha da fəallaşmasına imkan yaratmışdır. İcmanın bir sıra fəaliyyətlərində könüllü kimi iştirak edirəm. Valideynlərimin, əzizlərimin, bir sözlə, bütün el-obamızın doğma torpaqlara qayıdış arzularının gerçəkləşəcəyi günü səbirsizliklə gözləyirik. Və bizlərdə bu günün yaxında olduğuna böyük inam var. İnanırıq ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu qaydışı da gerçəkləşdirəcək, baba və nənələrimizin, ata və analarımızın həsrətinə son qoyulacaq, biz gənclərin isə o doğma yurdu görmək istəyimiz reallaşacaqdır.

Ülvi Haqverdi
Qərbi Azərbaycan İcmasının fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-11-2024