Mobil versiya
Sveta Rəfiyeva: “Ürək-qan damar xəstəliklərinin erkən aşkarlanması həyat xilas edir”
Tarix: 02-07-2024 | Saat: 09:39
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Sveta Rəfiyeva:

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Ürək-qan damar xəstəliklərinin erkən aşkarlanması həyat xilas edir” layihəsi çərçivəsində 3 ay ərzində (01. 07.2024, 30. 09. 2024) Azərbaycanın 4 rayonunda tibbi maarifləndirmə işləri həyata keçiriləcək.

Bu barədə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb elmləri namizədi Sveta Rəfiyeva məlumat verib.

QHT sədri bildirib ki, ürək qan damar xəstəliklərinin inkişaf riski, bu xəstəliklərin ağırlaşmasının profilaktikası barədə əhalini geniş maarifləndirmək əsas məqsədlərimizdən biridir. Biz praktiki tövsiyələr verməklə yanaşı, yerlərdə insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına nail olmaq, kardiolojı xəstəliklərinin ağırlaşmasının qarşısını qisməndə olsa almaq əsas hədəfimizdir. Biz uzun illik praktiki təcrübəmizə, müşahidələrimizə əsaslanıb onu deyə bilərik ki, əhalidə ürək xəstəliklərinin inkişaf riskinin azaldılması məqsədi ilə maarifləndirmə tədbirlərin təşkili məsələləri yalnız bir QHT üçün deyil, ümumillikdə səhiyyə və cəmiyyət üçün zəruridir. Bu zərurəti dərk edərək, 4 bölgəmizdə ( Ağsu, Ucar, Zərdab və Göyçay) ardıcıllıqla həm maarifləndirmə tədbirləri, həm də ürək xəstəliklərinin inkişafının riski qrupuna daxil olan insanların düzgün müayınə və müalicəyə istiqamətləndirilməsi prosesində yardımçı olmağa hazırıq. Əvvəllər bu istiqamətdə gördüyümüz işlərin uğurlu praktik nəticələri onu deməyə əsas verir ki, peşəkar səviyyədə maarifləndirmə tədbirlərini genişləndirmək çox əhəmiyyətlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-11-2024