Xəzər rayon məktəbləri üçün yol təhlükəsizliyi pasportu mövzusunda tədbir keçirildi
Tarix: 01-11-2016 | Saat: 17:40
Bölmə:Təhsil | çapa göndər
Xəzər rayonu S.Abbasov adına 117 №-li məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi pasportunun tətbiqi ilə bağlı məlumat sessiyası təşkil olundu.
Məlumat sessiyasını giriş sözü ilə açan 117 №-li məktəbin direktoru Vüqar Məmmədov mövzunun aktuallığı barədə danışdı və qeyd etdi ki, mövzu hər bir tədbir iştirakçısı, o cümlədən məktəbin şagird və müəllimləri üçün xüsusilə maraqlıdır, çünki yol təhlükəsizliyi məsələsi respublika ictimaiyyətinin diqqət mərkəzində olan və daima onu narahat edən problemi əhatə edir.
46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova çıxış edərkən məktəb ətrafında olan yollarla hərəkət edən müəllim və valideynlərin məsuliyyəti barədə danışdı və yol hərəkəti qaydalarına əməl edilməsinin vacib aspektlərinə toxundu. F.Süleymanova vurğuladı ki, uşaqlar arasında yol hərəkəti qaydaları ilə müsabiqə və yarışmaların keçirilməsi çox müsbət nəticə verir, çünki həmin tədbirlərə hazırlaşan uşaqlar həmin qaydalar barədə daha ətraflı məlumat əldə etmək istəyində olurlar.
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov tədbirin məqsədi və məramı barədə danışdı və bildirdi ki, il ərzində yol hərəkəti qaydaları ilə bağlı qeydiyyata alınan inzibati xətaların statistikası artmaqdadır. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblərin müəyyən bir qismi yol hərəkəti iştirakçılarının qaydalara zidd davranışı ilə əlaqədardır. Yol təhlükəsizliyi pasportu yol hərəkəti iştirakçılarının davranışını nizamlayan bir sənəddir. Belə bir sənəd isə müstəqil şəkildə hər bir məktəb heyəti tərəfindən yaradıla bilər. “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə” təhsil müəssisələrinin ətrafında olan yollardakı təhlükə dərəcəsinin azaldılması ilə bağlı zəruri məsləhətlər verir.
324 №-li məktəbin direktor müavini Məhəmməd Mehralıyev, 185 №-li məktəbin nümayəndəsi Güllü Heybətova, 117 №-li məktəbin direktoru Vüqar Məmmədov və digər çıxışçılar təmsil etdikləri məktəblərə yaxın ərazilərdə yol hərəkəti iştirakçılarını gözləyən mövcud təhlükələr barədə danışdılar və həmin təhlükələrin aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış etdilər.
Xəzər rayonu S.Abbasov adına 117 №-li məktəbdə təşkil olunan məlumat sessiyası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində keçirildi. Tədbirdə Xəzər rayon təhsil müəssisələrinin nümayəndə heyəti və 117 №-li məktəbin müəllim-şagird kollektivi iştirak etdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024