Mobil versiya
Şəhid Hörmət Baratov dəfn edilib - YENİLƏNİB
Tarix: 27-06-2024 | Saat: 12:07
Bölmə:Karusel / Ölkə | çapa göndər

Şəhid Hörmət Baratov dəfn edilib -

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovla Xaçmaz rayonunda keçirilən vida mərasimi başa çatıb.

aia.az xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonu Nərəcan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

11:35

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

aia.az xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Nərəcan kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Hörmət Beytulla oğlu Baratov 1975-ci il sentyabrın 24-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.

H.Baratov Xaçmaz rayonunun Nərəcan kəndində dəfn olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2024