Mobil versiya
Şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək
Tarix: 25-06-2024 | Saat: 17:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

aia.az "Report"a istinadən məlumat verir ki, iyunun 27-də Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaq.

Elə həmin gün Zeynalov Ucar Fidail oğlunun qalıqları Göygöl rayonunda, Əsgərov Əhliman Vahid oğlunun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn ediləcək.

İyunun 28-də isə digər şəhidlər - Cavadov Elman Xurşud oğlu Sumqayıt Şəhidlər Xiyabanında, Əbdürəhmanov Yasin Şakir oğlu Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində, Yaqubov Fəqan Misir oğlu isə Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2024