Mobil versiya
YAP Xəzər rayon təşkilatında Xəzər rayon Ağsaqqallar Şurasının sədri, partiyanın veteran üzvü Rövşən Salahovun 75 illik yubileyi münasibətilə görüş keçirildi -Fotolar
Tarix: 25-06-2024 | Saat: 16:59
Bölmə:Ölkə | çapa göndər

YAP Xəzər rayon təşkilatında Xəzər rayon Ağsaqqallar Şurasının sədri, partiyanın veteran üzvü Rövşən Salahovun 75 illik yubileyi münasibətilə görüş keçirildi

aia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında partiyanın veteran üzvlərindən olan Rövşən Salahovun 75 illik yubileyi münasibətilə görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 75 illik yubileyini qeyd edən Rövşən Salahov haqqında xatirələrini bölüşdü. Qeyd etdi ki, Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov rayonun, eyni zamanda ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Rövşən Salahov rayon təşkilatının veteran üzvü kimi təşkilat tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir. Onun ictimai-siyasi fəaliyyəti gənclərimiz üçün örnəkdir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və aparatın məsul əməkdaşları səmərəli fəaliyyəti və zəngin həyat yolu ilə fərqlənən Rövşən Salahovu təbrik edib, ona möhkəm cansağlığı və daha böyük uğurlar arzuladı.
Görüşdə iştirak edən Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Xəzər rayon Ağsaqqallar Şurasının sədr müavini Altay Mansurov, Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova çıxış edərək, 75 illik yubileyini qeyd edən Rövşən Salahov haqqında xatirələrini bölüşdülər və ona möhkəm cansağlığı, uğurlar arzuladılar.
Görüşün sonunda çıxış edən Rövşən Salahov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi və Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu bildirdi.
Görüşün sonunda Rövşən Salahov rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edildi, hədiyyə təqdim edildi, görüş çay süfrəsi ətrafında davam etdirildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2024