Mobil versiya
Ağdamda piyada əleyhinə mina tapılıb - FOTO
Tarix: 31-10-2016 | Saat: 15:30
Bölmə:Cəmiyyət | çapa göndər




Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağdam rayonunda aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Qaradağlı kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb, 5 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel-31 oktyabr tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə