Mobil versiya
Məhərrəm Quliyev separatizmlə mübarizənin ön cərgəsində durmuş ailənin təmsilçisidir
Tarix: 24-06-2024 | Saat: 13:38
Bölmə:Manşet / Özəl | çapa göndər

Məhərrəm Quliyev separatizmlə mübarizənin ön cərgəsində durmuş ailənin təmsilçisidir

Bu gün bəzi qaragüruhçu qüvvələr yenidən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə qarşı ölkə mətbuatında şər və böhtan kampaniyasına başlamaq niyyətindədirlər. Artıq bəzi saytlarda Məhərrəm müəllimə qarşı ən ağlasığmaz ittihamların irəli sürüldüyü materiallar da dərc edilib. Amma bir məsələ də var ki, bu materialların ən zəif cəhəti onların artıq bir neçə il bundan öncə hazırlanmış və dərc edilmiş digər yazıların təkrarı olmasıdır. Eynilə 2020-ci ildə Məhərrəm Quliyevi müstəqilliyimizin ilk illərində ölkənin cənub bölgəsində baş qaldırmış separatizmin rəhbərlərindən olan Əlikram Hümbətovla hansısa əlaqələrdə ittiham etməyə cəhdlər olunmuşdu.

Həmin vaxt biz bu məsələyə peşəkar jurnalist etikasının tələb etdiyi həssaslıq və obyektivliklə yanaşdıq və bütün suallara tam aydınlıq gətirmək məqsədilə ətraflı araşdırma apardıq. Əsil həqiqətləri üzə çıxarmaq üçün biz 1993-cü ilin avqust ayında baş vermiş Lənkəran hadisələrinin bilavasitə iştirakçısı olmuş insanlarla görüşdük. Ən dürüst və obyektiv məlumatları birbaşa o zaman Astara rayon Polis şöbəsinin rəisi və rayonun hərbi komendantı olmuş, 7 gün ərzində separatçıların girovunda qalmış, hüquq elmləri doktoru, professor İbrahim Quliyevdən əldə etdik. Araşdırmalarımızın nəticəsində tam dəqiqliyi ilə müəyyən olundu ki, Məhərrəm Quliyev nəinki Əlikram Hümbətovla heç bir işbirliyində olmayıb, əksinə o özü və mənsub olduğu nəslin bir çox üzvləri separatçılara qarşı mübarizə aparan qüvvələrin önündə gedən insanlardan olublar. Buna görə də qərara gəldik ki, dörd il bundan əvvəl apardığımız araşdırmanın gedişi və nəticələri təqdim olunan materialın linkini yenidən səhifəmizdə yerləşdirək. Həmin linkdən keçid etməklə materialın tam mətni ilə tanış ola bilərsiz.

LİNK BURADA



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2024