Mobil versiya
Yeni istifadəyə verilmiş qatarları daşa tutdular
Tarix: 20-06-2024 | Saat: 15:24
Bölmə:Ölkə | çapa göndər

Yeni istifadəyə verilmiş qatarları daşa tutdular

Bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb.

ADY-dən aia.az-a verilən məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur.

“Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025