Mobil versiya
Nazir müavininin həbsdən çıxan bacısı oğluna yüksək vəzifə verildi
Tarix: 13-06-2024 | Saat: 15:52
Bölmə:Seçki 2024 | çapa göndər

Nazir müavininin həbsdən çıxan bacısı oğluna yüksək vəzifə verildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.

AİA.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə İmran Ağayev təyinat alıb.

O, bundan əvvəl klinikada baş həkim vəzifəsində çalışıb.

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, İ.Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur. O, daha əvvəllər Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində çalışıb. O, 2021-ci ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib və 2023-cü ildə azadlığa buraxılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024