Mobil versiya
Bakının bu ərazisində qaz olmayacaq
Tarix: 12-06-2024 | Saat: 10:23
Bölmə:Ölkə | çapa göndər

Bakının bu ərazisində qaz olmayacaq

Bu gün Bakının Qaradağ rayonunun 3 yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə aia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qobustan" qazpaylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektorun və tənzimləyicinin birləşmə işləri, "Ələt" QPS-dən qidalanan orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması ilə əlaqədar iyunun 12-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025