Mobil versiya
Rəmzi məna
Tarix: 11-06-2024 | Saat: 15:18
Bölmə:Özəl | çapa göndər

Rəmzi məna

15 iyun 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalanmasından üç il ötür. Bu, real faktordur ki, tarixi sənədlərin imzalandığı tarix və məkan hər zaman böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu saziş, Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcına çevrildi.İki qardaş ölkənin, Türkiyə və Azərbaycanın ortaq dəyərləri, maraqları hər iki ölkənin inkişaf dinamikasına öz müsbət təsirini göstərməkdədir və bu dəyərləri, eləcə də maraqları liderlərin qətiyyəti, siyasi iradəsi hər zaman təminat altına alır. 2021-ci ildə 15 İyun-Milli Qurtuluş Günündə Şuşa şəhərində «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» imzalandı. Bu Bəyannamə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, «Bir millət, iki dövlət» reallığının, siyasi-hərbi və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti addımıdır. Eyni zamanda, qardaşlığın yeni səhifələrini açacaq tarixi hadisədir. Xüsusi ilə qeyd etmək istərdim ki, 15 iyun 2021-ci il ən yeni dövr tariximizin, Türk dünyası tarixinin yeni mərhələsinin əsasını qoydu. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. Bu tarixi sənədin imzalanmasından sonra bütövləşmişik, bir dövlətə çevrilmişik. Şuşa Bəyannaməsi qardaşlığımızın rəmzidir. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa, iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. 1921-ci ildə imzalanmış Qars müqaviləsindən tam yüz il sonra iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması, heç şübhəsiz, müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Elə təsadüfi deyil ki, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir və bununla bütün dünya barışmaq məcburiyyətindədir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş iki qardaş ölkənin başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024