Finlandiya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhədin açılıb açılmayacağını açıqlayıb
Tarix: 16-09-2025 | Saat: 20:56
Bölmə:Özəl | çapa göndər

Finlandiyanın Rusiya ilə sərhədi bağlı qalacaq. RİA Novosti xəbər verir ki, bunu Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bildirib.
Xatırladaq ki, Finlandiya və Rusiya sərhədindəki keçid məntəqələri 2023-cü ilin noyabrından bağlanıb. Buna səbəb Yaxın Şərq və Afrikadan gələn qaçqın axını olub. Nəzarət-keçid məntəqələrinin bağlanması dəfələrlə uzadılıb və 2024-cü ilin aprelində onlar “sonrakı xəbərdarlığa qədər” bağlanıblar. Bundan əlavə, ötən ilin iyulunda Finlandiya hakimiyyəti ölkədən çıxarılma haqqında qanun qəbul edib, ona əsasən, ölkə “alətlə daxil olmaq” təhlükəsi səbəbindən zərurət yaranarsa, sərhədin müəyyən hissəsində qaçqınların qəbulunu məhdudlaşdıra biləcək, lakin indiyədək bu, tətbiq edilməyib.
"Hazırda keçid məntəqələri bağlı qalacaq", - Rantanen Avropa Komissiyasının Təhlükəsizlik və Miqrasiya üzrə komissarı Maqnus Brunnerlə birgə mətbuat konfransında bildirib.
Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Rusiyadan yönəldilmiş miqrasiya təhlükəsi “yüksək olaraq qalır”. O, sözlərinə heç bir sübut təqdim etməyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2025