Mobil versiya
Nazirlə ICESCO-nun Baş direktoru Şuşa məktəbi və Qarabağ Universitetində - FOTOLAR
Tarix: 16-09-2025 | Saat: 16:10
Bölmə:Təhsil | çapa göndər

Nazirlə ICESCO-nun Baş direktoru Şuşa məktəbi və Qarabağ Universitetində -

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ölkəmizə səfəri çərçivəsində Şuşa və Xankəndidəki təhsil müəssisələrini ziyarət edib.

aia.az xəbər verir ki, Baş direktor elm və təhsil naziri Emin Əmrullayevlə birgə əvvəlcə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə yaradılan müasir tədris şəraiti ilə tanış olub və şagirdlərlə görüşüb. Daha sonra Qarabağ Universitetinə baş çəkərək universitetin yeni inşa olunan korpusları, auditoriya və laboratoriyalarda yaradılan şərait, həmçinin yataqxana imkanları ilə tanış olub. Tələbələrlə görüş zamanı sözügedən universitetdə onların təhsil fəaliyyətini dəstəkləyən şərait barədə fikir mübadiləsi aparılıb və xatirə şəkilləri çəkilib. Ziyarət zamanı universitetin rektoru Şahin Bayramov qonağa müəssisənin fəaliyyəti barədə məlumat verib.

Səfər çərçivəsində Baş direktor və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Qarabağ Universitetinin Klinikası ilə də tanış olub. Klinikanın direktoru, Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekanı Samir Babayev müəssisənin fəaliyyəti, yaradılan şərait və gələcək planlar barədə ətraflı məlumat verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2025