Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür
Tarix: 10-06-2024 | Saat: 15:50
Bölmə:Ölkə | çapa göndər
Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir.Bu əməkdaşlığın qədim tarixi kökləri var.Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub.Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq mədəniyyətə malik iki dost ölkə arasında hələ orta əsrlərdən xalqlararası əlaqələr qurulub. Keçmiş sovetlər dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.İyun ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri də bu münasibətlərin davamı kimi tarixləşdi. Rəsmi səfərdə cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda qeyd etdi ki, cari səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək, ölkələrimiz arasındakı siyasi müntəzəm xarakter daşıyan dialoq bundan sonra da davam etdiriləcək.Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan islam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir”. Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il uzadılıb. Ölkəmiz Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, funksionallığının artmasına, nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib.
Bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Misir Ərəb Respublikası İkinci Qarabağ müharibəsindəki Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025