Qarabag bölgəsi “Yaşıl Enerji” zonası kimi dünyaya nümunə olacaq
Tarix: 29-05-2024 | Saat: 20:25
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib. Həmin müsahibə 23 may 2024-cü il tarixində çap edilibdir. Müsahibənin mətnində göründüyü kimi, Cənab Prezident həm dünya, həm də ölkəmiz üçün aktual olan bir çox məsələlərə toxunubdur. Ölkə başçısı müsahibədə qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirib və bir növ təminatlı təhlükəsizlik barəsində danışıb. COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını qeyd edib. Cop29 zamanı nələrin baş verəcəyindən danışan ölkə başçısı bir sıra önəmli məsələləri diqqətə çatdırıbdır.
Azərbaycan prezidenti bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb: “Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”.
Cənab Prezident açıq şəkildə bəyan edir ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin əsas ixracatçılarından birinə çevrilmək iddiasındadır. Bunun üçün bizim potensialımızın mövcud olduğunu bildirir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edir. Həmçinin, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkə başçısının növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
Xatırladaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Yenidən qurulan rayonarımızda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər həyata keçirilir. “Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.” Bu, Prezident İlham Əliyevin qətiyyətidir.
Aytac Abbasova
YAP Laçın rayon 51 sayı ƏPT-nın sədri,
Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025