Mobil versiya
Zelenskidən Rusiya ilə danışıqlara dair Açıqlama
Tarix: 14-05-2025 | Saat: 22:11
Bölmə:Özəl | çapa göndər

Zelenskidən  Rusiya ilə danışıqlara dair Açıqlama
Kiyevin addımları ilə bağlı yekun qərarlar Rusiyanı görüşdə konkret kimin təmsil edəcəyi bəlli olduqdan sonra veriləcək.Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində bildirib.

“Mən Rusiyadan kimin gələcəyini gözləyirəm, sonra Ukraynanın hansı addımları atmalı olduğunu müəyyən edəcəm”, - deyə Zelenski qeyd edib.
Eyni zamanda o vurğulayıb ki, “biz də eşidirik ki, prezident Tramp Türkiyədə olmaq imkanını nəzərdən keçirir, ona görə də bu, ən güclü arqument ola bilər”.
Həmçinin müraciətində Ukrayna lideri vurğulayıb ki, cari həftə münaqişənin həlli üçün diplomatik səylər baxımından dönüş nöqtəsi ola bilər. İstanbulda keçiriləcək görüşün yekun detallarının yaxın günlərdə razılaşdırılacağı gözlənilir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib, lakin Kiyev Moskvanın qəbuledilməz hesab etdiyi şərtləri, o cümlədən tam atəşkəs tələbini irəli sürüb. Mümkün danışıqların müzakirəsinə Türkiyə və NATO ölkələri də cəlb olunub və ABŞ prezidenti Donald Tramp Ukraynanı Rusiyanın Türkiyədə görüş təklifi ilə razılaşmağa çağırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025