Mobil versiya
YAP Şirvan şəhər təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR
Tarix: 27-05-2024 | Saat: 18:08
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Şirvan şəhər təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

YAP Şirvan şəhər təşkilatı ərazi partiya təşkilatlarının iştirakı ilə Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz Əbədidir" mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və ərazi partiya təşkilatlarının sədrləri iştirak edib.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanaraq daha sonra Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdi. Cəmi iki il mövcud olan şərqin ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını qeyd etdi. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin şərəfli bir dövrünü yaşadığını bildirdi.

Tədbirin gedişatında YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və ərazi partiya təşkilatları sədrləri Gülbala Şıxbalaoğlu küçəsi, 16 A ünvanında yerləşən (2 nörmrəli orta məktəb) ərazi partiya təşkilatının sədri Əminə Əliyevanın Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan Xalq Cümhuriyyətinın 100 illiyi” yubileyi medalı ilə təltif olunması münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzu ediblər.

Sonra çıxış edən ərazi partiya təşkilatlarının sədrləri Adəm Hüseynov, Fəridə Yahyayeva, Xaqani Məmmədov və Əminə Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən bəhs etdilər.

Daha sonra yubiley doğum günü münasibətilə bir qrup ərazi partiya təşkilatları sədrlərinə hədiyyələr təqdim olundu.

Tədbirin sonunda YAP Şirvan şəhər təşkilatının hazırladığı 28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024