Mobil versiya
Antalyada şiddətli partlayış (VİDEO)
Tarix: 25-10-2016 | Saat: 14:37
Bölmə:Cəmiyyət | çapa göndər



Antaliyanın Kəpəz rayonunda yerləşən Qazi Bulvarı yaxınlığında partlayış baş verib.

Hadisə yerli vaxtla saat 08:55-də qeydə alınıb. Partlayışdan dərhal sonra bölgəyə çox sayda təcili yardım, yanğınsöndürən və polis dəstələri cəlb olunub.

Hadisənin Antalya Ticarət və Sənaye Palatasının avtoparkında baş verdiyi deyilir. Partlayışın səbəbi hələlik bilinmir. Hadisə ilə əlaqədar ilk açıqlama Antalya Böyükşəhər Bələdiyyə sədri Menderes Türelidən gəlib.

"Terror aktı demək üçün çox erkəndir. Partlayış şəhərə uzaq bir nöqtədə baş verib. Avtoparkda heç kimin olmadığı bir yerdə partlayış olub. Bu partlayış qəza nəticəsində də ola bilər. Əsas odur ki, həyati təhlükə yoxdur", -deyə bələdiyyə sədri bildirib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024