"Bayer Leverkuzen"in 51 oyunluq məğlubiyyətsizlik seriyası sona çatdı
Tarix: 23-05-2024 | Saat: 10:23
Bölmə:İdman | çapa göndər
“Atalanta"nı təbrik etməliyik, onlar daha yaxşı idi. Biz öz oyunumuzu göstərə bilmədik, çox gərgin idik. Futbolçuların əhval-ruhiyyəsi yaxşı olsa da, problemlərimiz var idi. Qol epizodları yarada bilmədik”.
aia.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avroliqanın finalında "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis 51 matçlıq məğlubiyyətsizlik seriyalarının qırılması ilə bağlı söyləyib: "Bu gün qalib gəlmək üçün əla şansımız oldu və əlimizdən gələni etdik, amma işlər planlaşdırıldığı kimi getmədi. Ən yaxşı səviyyəmizi göstərmədik: hamı, o cümlədən mən. Məğlubiyyətə necə reaksiya verəcəyimiz çətin olacaq. Bundan müsbət mənada istifadə etməliyik. Əldə etdiyimiz seriya müstəsnadır və fəxr edəcəyimiz bir şey var. Bu məğlubiyyətdən dərs çıxaracağıq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024