Oğuz Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi, Anar Talıb oğlu Əliyevin doğum günündə xatirəsi anılıb. -Foto
Tarix: 17-05-2024 | Saat: 10:12
Bölmə:Parlament | çapa göndər

16.05.2024 cü il tarixdə Oğuz Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi,
Anar Talıb oğlu Əliyevin doğum günündə xatirəsi anılıb.
Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov , İcra Hakmiyyətinin Şöbə müdiri və əməkdaşları, şəhid ailələri, Oğuz şəhər Emin Abdullayev adına 2 N -li Texniki-Təbiət təmayüllü litseyin kollektivi, Oğuz bələdiyyəsinin üzvləri, mədəniyyət işciləri, rayon ictimaiyyətinin nümayəndələri , Vətən müharibəsində xüsusi şücaət göstərərək döyüşüb qəhrəmancasına şəhadətə yüksəlmiş şəhid Anar Əliyevin doğum günü ilə əlaqədar şəhidin Oğuz Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, şəhid məzarları önünə gül-çiçək dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ünvana gedilərək ailə üzvləri ziyarət edilib.
Anar Talıb oğlu Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998–2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Anar Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Anar Əliyev oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Anar Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ailəli idi, 1 oğlan övladı yadigar qalmışdır.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və " Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur. Şəhid Anar Əliyevin adı Oğuz şəhərindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eyləsin.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025