Rubiodan Kiyevə xəbərdarlıq: “ABŞ-yə gedən gəmilərə hücumlar dayanmalıdır”
Tarix: 23-09-2026 | Saat: 19:16
Bölmə:Özəl | çapa göndər

ABŞ dövlət katibi Marko Rubio Ukraynanın son aylarda ABŞ ilə əlaqəli və ya ABŞ istiqamətində hərəkət edən gəmilərə bir neçə dəfə hücum etdiyini bildirib. O, hadisələrin təsadüfən baş vermiş ola biləcəyini də istisna etməyib.
Rubio “Fox News”a müsahibəsində bu vəziyyətin davam etməsinin yolverilməz olduğunu deyib: “Ukrayna son aylarda ABŞ-yə gedən gəmilərə dəfələrlə hücum edib. Çox güman ki, bu, təsadüfən baş verib. Bunun davam etməsinə icazə verə bilmərik”.
ABŞ dövlət katibi konkret hansı gəmiləri və hücumları nəzərdə tutduğunu açıqlamayıb. Ukrayna qüvvələrinin daha əvvəl Qara dənizdə Rusiyanın mühüm neft ixrac mərkəzlərindən olan Novorossiysk ətrafındakı obyektlərə zərbələr endirdiyi bildirilmişdi.
Rubio eyni zamanda Rusiya və Ukraynanı enerji infrastrukturlarına qarşılıqlı hücumları dayandırmağa çağırıb. Vaşinqtonun mövqeyinə görə, mümkün razılaşma həm Ukraynanın, həm də Rusiyanın enerji obyektlərinə zərbələrin dayandırılmasını əhatə etməlidir.
Enerji atəşkəsi məsələsinin ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında Nyu-Yorkda nəzərdə tutulan görüş ərəfəsində müzakirə edildiyi bildirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2026