Mobil versiya
İlham Əliyev San-Marinonun XİN başçısını qəbul etdi
Tarix: 08-09-2015 | Saat: 14:05
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


İkitərəfli münasibətlər müzakirə olundu.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.
Aia.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, prezident San-Marino Respublikasının Kapitan-Regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Dövlət başçısı San-Marino Respublikasının xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini səfər proqramının geniş olduğunu dedi. O, bildirdi ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Azərbaycana səfər etməsi ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024