Mobil versiya
"Qızıl Məryəm"in qızı: "Anamı sevgilim öldürüb..."
Tarix: 21-10-2016 | Saat: 16:40
Bölmə:Karusel | çapa göndər

"Qızıl Məryəm"in qızı: "Anamı sevgilim öldürüb..."


Bu gün Bakı Ağır Cinayətlər Məhkəmsində Bakıda "Qızıl Məryəm" kimi tanınan Məryəm Nemətzadənin qətlində təqdirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə G.Hüseynovanın sevgilisi olmuş Asim Məmmədov onunla münasibətlərindən danışıb. Bildirib ki, o G.Hüseynovanın vasitəsi ilə M.Nemətzadəni tanıyıb: "Öyrəndim ki, Günelin anası "Moskva" univermağında qızıl alveri ilə məşğul olur. Mən də ondan qızıl götürmüşəm. Bütün qızılların pulunu ödəmişəm. Onun ölümündən sonradan xəbər tutdum".

G.Hüseynova cinayətin törədilməsini A.Məmmədovun təşkil etdiyini deyib: "Asimlə olan münasibətimdən anamın xəbəri olub. Mənim vasitəmlə anam onunla tanış olub. Asim də anamın "Moskva" univermağında qızıl alveri ilə məşğul olduğunu bilib. O, anamdan xeyli miqdarda qızıl götürüb. Amma qızılların pulunu ödəməyib. Buna görə də anamla Asim arasında tez-tez mübahisə olub. Asim qızılların pulunu ödəməkdən yayınmaq üçün anamı qətlə yetirib".

A.Məmmədov G.Hüseynovanın yalan danışdığını, bu qətldən ümumiyyətlə xəbəri olmadığını deyib. Proses oktyabrın 24-də davam etdiriləcək.

İttihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyidi aşkar edilib. Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024