Mobil versiya
İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər
Tarix: 30-04-2024 | Saat: 14:01
Bölmə:İdman | çapa göndər

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

2026-cı ildə İstanbul Formula 1 yürüşlərinin mərhələsinə yenidən ev sahibliyi edə bilər.

aia.az Azərtac-a istinadla verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Onun sözlərinə görə, Türkiyə meqapolisindəki “İstanbul Park” yürüş trası təşkilatçıların bütün tələblərinə cavab verir.

“Formula 1 mərhələsinin Türkiyədə keçirilməsi ilə bağlı danışıqları sürətli templərlə keçirməyi planlaşdırırıq”, - deyə nazir vurğulayıb.

Sonuncu dəfə Türkiyə Qran-Prisi İstanbulda 2021-ci ilin oktyabrında keçirilib.

“İstanbul Park” trası dünyada ən müasir traslardan biridir, əsas tribuna 25 min yer tutur, ümumi tutum isə 155 min tamaşaçıya çatır.

Türkiyə avtodromu az sayda olan o avtodromlardandır ki, burada yürüşlər saat əqrəbinin əksi istiqamətində aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024