Mobil versiya
Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edildi
Tarix: 08-04-2024 | Saat: 14:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edildi

İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

aia.az xəbər verir ki, Prezident İlham Əliyev aprelin 8-də bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

İ.Abdullayev bu təyinatadək Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024