Ana Sayfa > Karusel / Gündəm > Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edildi
Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edildi8-04-2024, 14:37. Yazar: sevinc1 |
İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib. aia.az xəbər verir ki, Prezident İlham Əliyev aprelin 8-də bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. İ.Abdullayev bu təyinatadək Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb. aia.az Geri dön |