Mobil versiya
Ukrayna ərazisinə gələcək bütün fransız əsgərləri dərhal məhv ediləcək - Vitse-spiker
Tarix: 21-03-2024 | Saat: 22:10
Bölmə:Manşet / Dünya | çapa göndər

Ukrayna ərazisinə gələcək bütün fransız əsgərləri dərhal məhv ediləcək -

Rusiya hərbçiləri Fransa əsgərlərini Ukraynaya çatan kimi məhv edəcəklər.

aia.az xəbər verir ki, Rusiyanın bu niyyətini BFMTV kanalına müsahibəsində Dövlət Dumasının deputatı, parlamentin aşağı palatasının vitse-spikeri Pyotr Tolstoy bildirib.

“Ukrayna ərazisinə gələcək bütün fransız əsgərləri dərhal məhv ediləcək"- deyə Tolstoy qeyd edib.

Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Ukraynaya Avropa ölkələrindən qoşunların göndərilə biləcəyini etiraf edib. Martın 15-də o, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərini təkrar edərək, bu variantın mümkün olduğunu qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024