Ana Sayfa > Manşet / Dünya > Ukrayna ərazisinə gələcək bütün fransız əsgərləri dərhal məhv ediləcək -
Ukrayna ərazisinə gələcək bütün fransız əsgərləri dərhal məhv ediləcək -21-03-2024, 22:10. Yazar: sevinc1 |
Rusiya hərbçiləri Fransa əsgərlərini Ukraynaya çatan kimi məhv edəcəklər. aia.az xəbər verir ki, Rusiyanın bu niyyətini BFMTV kanalına müsahibəsində Dövlət Dumasının deputatı, parlamentin aşağı palatasının vitse-spikeri Pyotr Tolstoy bildirib. “Ukrayna ərazisinə gələcək bütün fransız əsgərləri dərhal məhv ediləcək"- deyə Tolstoy qeyd edib. Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Ukraynaya Avropa ölkələrindən qoşunların göndərilə biləcəyini etiraf edib. Martın 15-də o, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərini təkrar edərək, bu variantın mümkün olduğunu qeyd edib. aia.az Geri dön |