Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir
Tarix: 06-03-2024 | Saat: 18:32
Bölmə:Özəl | çapa göndər
Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edib. Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
Martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir çox digər vacib məsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni perspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Prezident cənab İlham Əliyev Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə çatdırıb. Enerji təhlükəsizliyinin təmin olunmasının hər bir ölkənin milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmaqla, bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərin son dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi də bu layihənin müstəsna əhəmiyyətindən xəbər verir. Son illərdə ölkəmizdə “yaşıl enerji” sahəsində mühüm tədbirlər həyata keçirilib. Belə ki, “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Bu məsələ martın 1-da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında razılıq əldə edilib. Sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq. Qara dəniz dibindən çəkiləcək kabel layihəsi enerji təhlükəsizliyinin daha geniş formada təmin edilməsi baxımdan mühüm addımdır. Bu da nəticə etibarı ilə təkcə sazişi imzalayan ölkələr arasında deyil, bütövlükdə Qara dəniz hövzəsi və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Bu layihə alternativ enerji təminatı baxımdan çox böyük əhəmiyyətə malik transmilli layihə olacaq. Çünki iqlim dəyişikliyinə qarşı mübarizədə alternativ enerji istahsalı və ixracatı dünyada çox ciddi rol oynayacaq. Azərbaycanın bu təşəbbüsü gələcəyə hesablanan çox strateji hədəfidir. Bu Azərbaycanın Avrasiya coğrafiyasındakı əhəmiyyətli rolunu artırmağa və aparıcı rola və imkanlara malik ölkə olduğunu ortaya qoyacaq. Diqqətə çatdırılıb ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. Vurğulanıb ki, Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Günəş Elektrik Stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Qaza tələbat var, resurslarımız və müvafiq infrastrukturumuz da var. Avropa maliyyə institutlarının maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyllərin kölgəsi altına düşməməlidir.
Bu gün regionun lider dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasında ön pillələrdən birini tutur. Bu məsələdə xüsusi yerə malik olan sahə isə məhz enerji resurslarıdır ki, bu istiqamətdə Azərbaycan ən etibarlı tərəfdaş hesab olunur. Təkcə ölkəmizin enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində həyata keçirdiyi işlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı etibarlı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edib və etməkdədir. Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub. Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq “yaşıl enerji” sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır.Bununla da Azərbaycan Avrasiyadakı geosiyasi vəziyyətdən məharətlə yararlanmaqla bu coğrafiyanın enerji və logistik marşrut xətlərini yenidən müəyyən etməkdədir. Bu da Avrasiya coğrafiyasdında Azərbaycanın necə ciddi oyunçu olduğunu göstərən əsas amildir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025