TARİXLƏ TƏQVİM ARASINDA KÖRPÜ QURAN ADAM ƏZİZ ƏLƏKBƏRLİ-65
Tarix: 18-08-2025 | Saat: 13:24
Bölmə:Manşet / Özəl / Parlament / Qərbi Azərbaycan / Yazar3 | çapa göndər

Azərbaycan elminin, ədəbiyyatının, folklorşünaslığının, inkişafında yüksək səviyyəli yeri və hörməti olan bir nəfər haqqında danışacağıq. O şəxsdən ki, o, yalnız bir alim deyil, xalqımızın milli yaddaşının gücü dayağı, ruhumuzun qoruyucusu, unudulmuş incilərin işıq üzü görməsinə zəmin yaradan böyük ziyalıdır. Filoloq-folklorşünas kimi o, qədim diyarlarımızdan olan Qərbi Azərbaycanın müasir folklor xəzinəsini, dilini və mədəni irsini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün yorulmadan, dayanmadan çalışır. Onun hər addımı, hər elmi inkişafı və hər bir çıxışı bir xalqın unudulmaqda olan varlığını dirçəltmək, tarixdə gizlənmiş həqiqətləri üzə çıxarmaq və yurd sevgisini insanların qəlbinə daşımaq kimi bir missiyanın daşıyıcısıdır.
Onun yanında akademik terminlər yox, ruhu silkələyən səmimi çağırışlar dayanır. Hər kəlməsi, hər bir fikri yurdun sükut içində gizlənmiş daşlarına həyat verir, unudulmuş qəbir daşlarının səssiz hüznünü insanların ürəyinə hopdurur. O yalnız kitabların səhifələrində deyil, canlı insanlarda, onların qəlbində yaşamağı və milli yaddaşı diriltməyi öz missiyası bilir. Onun elmi axtarışları, yer-yurd adlarını toplayıb sistemləşdirməsi, tarixin dərin qatlarında gizlənmiş irsin tədqiqi yalnız elm deyil, həm də müqəddəs bir missiya və böyük bir vəzifədir.
O, həmçinin siyasi arenada da eyni ehtiras və məsuliyyətlə çalışır. Vətənin unudulmuş səslərini parlamentdə ucaldan, tariximizin səhifələrindən qopan ninniləri, dastanları, türkümüzü, sözümüzü yaşadan insan-millət vəkili kimi də seçicilərin etimadını doğrultmaq üçün gecə-gündüz zəhmət çəkir. Onun bu fəaliyyətində millət sevgisi və vətəndaş məhəbbəti aydın görünür və o, hər zaman seçicinin haqq səsini müdafiə etməkdən çəkinmir.
O, elmi və ictimai fəaliyyətini heç vaxt ayrı-ayrılıqda görmür; bütöv və vəhdət halında yaşayır və çalışır. Yorulmaz zəhməti, qəlbində daşıdığı dərin Vətən eşqi və unudulmuş xalq səslərini yenidən dirçəltmək arzusu onu hər zaman irəli aparan qüvvədir. Onun elmi araşdırmaları, vətəndaşlıq və milli məsuliyyəti, eləcə də şəxsi inkişafı yalnız bir hədəfə – Azərbaycan xalqının gələcəyinə xidmət yolunda birləşir.
Beləcə, Əziz Ələkbərli təkcə bir alim və ya millət vəkili olmaqdan çox, Azərbaycan xalqının qəlbində yaşayıb nəfəs alan, unudulmuş torpaqların səsini əbədiləşdirən və gələcək çatdıran canlı bir ümid işığıdır. Onun həyat yolu və fəaliyyəti gələcək nəsillər üçün həm örnək, həm də milli şüurun yüksəldilməsi, mədəni və təhsil dəyərlərinin artırılmasına xidmət edən dayanıqlı bir tərbiyə mənbəyidir.
Əziz Yusif oğlu Ələkbərli 5 oktyabr 1960-cı ildə Qərbi Azərbaycanın qədim Vedibasar mahalının Qaralar kəndində dünyaya göz açıb. Onun doğulduğu torpaq təkcə coğrafi bir məkan deyildi – bu, həm də yaddaşın, milli kimliyin, Türk ruhunun dərin qatlarına işıq salan bir vətən aynası idi. Uşaqlıq illəri yurd sevgisi, ailə dəyərləri və zəhmətkeş kənd mühitinin təsiri ilə formalaşan Əziz müəllimin içindəki Vətən eşqi sonradan bütün həyatına, fəaliyyətinə, elmi və ictimai uğurlarına istiqamət verdi.

Əziz Ələkbərli 1977-ci ildə Vedi rayonunun Qaralar kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və elə həmin il Az ərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olmuşdur. Universitet illərindəki mütaliə, yaradıcı təhlil və vətənpərvər baxışlar onun tədqiqatçı və ziyalı olaraq yetişməsində mühüm rol oynadı. 1983-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla müəllim kimi fəaliyyət göstərmək üçün Qax rayonuna göndərildi.
Əziz müəllim 1987-ci ildə təyinat müddətini başa vuraraq doğma kəndinə – Qaralara qayıtsa da1988-ci ilin payızında Ermənistan SSR-də baş verən hadisələr nəticəsində ailəsi ilə birlikdə Azərbaycana – Bakıya məcburi köç etmişdir.

Bu ağır və ziddiyyətli dövr onun həyatında yeni bir səhifənin başlanğıcı oldu. Əziz Ələkbərli elmi fəaliyyətə yönəldi və 1988-ci ildən etibarən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başladı. Burada baş laborant, kiçik elmi işçi, daha sonra isə elmi işçi kimi fəaliyyət göstərdi. 1992-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldı və bu zamandan etibarən Azərbaycan elmi mühitində tanınan bir araşdırmaçıya çevrildi. 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri kimi fəaliyyətə başladı. Bu şöbənin yaradılması və sistemli şəkildə fəaliyyət göstərməsi birbaşa Əziz Ələkbərlinin təşəbbüsü və zəhməti nəticəsində mümkün olmuşdur. O, bu sahədə təkcə bir alim, tədqiqatçı yox, həm də milli yaddaşı qorumağa çalışan bir ideya adamı kimi tanındı. Onun rəhbərliyi ilə yüzlərlə xalq yaradıcılığı nümunəsi toplanaraq çap olundu, tədqiq edildi və gənc nəslə ötürüldü.
Əziz Ələkbərlinin elmi yaradıcılığı milli folklorun coğrafi məkanı kimi Qərbi Azərbaycanla bağlıdır. Bu səbəbdəndir ki, o, həm də siyasi və ictimai fəaliyyətində bu torpağın tarixi yaddaşını qorumağa, haqsızlığa məruz qalmış yurddaşların hüquqlarını müdafiə etməyə yönəlmiş işlər görüb. Uzun illər Azərbaycan Qaçqınlar Cəmiyyətinə rəhbərlik edən Əziz Ələkbərli, sonradan bu təşkilat əsasında formalaşmış "Qərbi Azərbaycan İcması"nın quruculuğunda da fəal iştirak edib. Onun həyat yolu – təhsili, köçkünlük taleyi, elmi və ictimai fəaliyyətləri bütövlükdə Qərbi Azərbaycanın simvolik bir ifadəsinə çevrilib.

Qələm və sözlə Vətənə xidmət
Əziz Ələkbərli yalnız elmi fəaliyyətlə kifayətlənməyərək, uzun illər mətbuat sahəsində də fəaliyyət göstərmişdir. O, 1991–1998-ci illərdə müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor və baş redaktor müavini kimi çalışmışdır. 1993–1994-cü illərdə "Ana Vətən" qəzetinin, 1997–1998-ci illərdə isə "Ağrıdağ" qəzetinin baş redaktoru olmuşdur. Həmçinin 1996–1997-ci illərdə "Xalq qəzeti"nin şöbə müdiri kimi ictimai-siyasi mövzularda dərin təhlillərlə çıxış etmişdir.
Onun publisistik fəaliyyəti hər zaman milli ruh, vətənpərvərlik və yaddaş ideyasına söykənmişdir. Əziz Ələkbərlinin qələmindən çıxan yüzlərlə məqalə, oçerk və araşdırma yazısı bu gün də öz aktuallığını qorumaqdadır. Müəllifi olduğu 47 kitab və 500-dən çox elmi və publisistik məqalə yalnız Azərbaycan ictimaiyyəti üçün deyil, eyni zamanda beynəlxalq müstəvidə də ölkəmizin mədəni və tarixi yaddaşının təbliğinə xidmət edir.
"Qərbi Azərbaycan abidələri", "Qədim Türk-Oğuz yurdu – Ermənistan", "Qərbi Azərbaycan ensiklopediyası" kimi fundamental əsərləri ilə Əziz müəllim, həm də bu torpaqlardakı Türk-müsəlman izlərini, tarixi haqları sənədli şəkildə ortaya qoymuşdur. Onun kitabları təkcə Azərbaycanda deyil, həm də Türkiyə, Rusiya, Almaniya və Fransada nəşr edilmiş, geniş oxucu auditoriyasına təqdim olunmuşdur.
Əziz Ələkbərli həmçinin 100-dən artıq kitabın redaktoru, ön söz müəllifi və naşiri kimi də fəaliyyət göstərmişdir. 1997-ci ildən fəaliyyət göstərən "Ağrıdağ" nəşriyyatının yaradıcısı və rəhbəri olan Əziz müəllim bu istiqamətdə də müstəqil mətbuat və nəşriyyat tariximizdə özünəməxsus yer tutur.

Millət vəkili – vicdanın və tarixin tribunası
Əziz Ələkbərlinin Milli Məclisə yolu onun illərlə topladığı ictimai etimad və intellektual nüfuzun təbii nəticəsi idi. 2020-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi olaraq VI çağırış Milli Məclisə deputat seçildi. Burada o, Əmək və Sosial Siyasət Komitəsi, Mədəniyyət Komitəsi və Toponimiya Komissiyasının üzvü kimi çoxşaxəli fəaliyyət göstərdi. O, təkcə qanunvericilik təşəbbüslərində deyil, həm də ictimai rəyə təsir edən çıxışları ilə fərqləndi.
2024-cü ildə keçirilən növbədənkənar seçkilərdə yenidən 66 saylı Saatlı Seçki Dairəsindən deputat seçildi. Bu təkrar etimad onun həm seçicilərlə sıx ünsiyyətdə olmasının, həm də bölgənin problemlərinə xüsusi həssaslıqla yanaşmasının nəticəsi idi. Onun fəaliyyəti sadəcə parlament çərçivəsi ilə məhdudlaşmadı – o, seçiciləri ilə daim birbaşa əlaqədə oldu, onların müraciətlərinə diqqətlə yanaşdı, fərdi qayğı və sosial problemlərin həlli istiqamətində müntəzəm təşəbbüslərlə çıxış etdi.
Əziz Ələkbərli üçün millət vəkilliyi sadəcə hüquqi vəzifə deyil, həm də vicdan borcu, tarixi məsuliyyətdir. Bu səbəbdən də o, parlament tribunalarını yalnız cari məsələlər üçün deyil, həm də Qərbi Azərbaycanın hüquqları, tarixi və mədəni yaddaşı üçün bir kürsüyə çevirdi. Onun təşəbbüsü ilə bir sıra mühüm məsələlər parlament müzakirəsinə çıxarılmış, ictimai diskursda geniş yer almışdır.

Qərbi Azərbaycan İcması – tarixə əsaslanan strateji hərəkat
Zaman bu xalqın üzərindən çox ağır sınaqlarla keçdi. Və bu sınaqlarda bəziləri susdu, bəziləri unutdu, bəziləri isə mübarizə çevrildi. Əziz Ələkbərli – elə həmin yaddaşın mübariz daşıyıcısı, yurd sevgisinin tərcümanıdır. O, Vətənin yalnız coğrafi deyil, mənəvi sərhədlərini qoruyan nadir şəxsiyyətlərdəndir.
Əsası haqq və yaddaş olan bu yolun başlandığı ünvan da təsadüfi deyildi – o, təkcə Qaralardan yox, məcburi köçkün taleyindən, qovulmuş tarixdən, unudulmaq və unutdurulmaq istənilən torpaqlardan gəlirdi. Bu yol onu yalnız elmə deyil, ictimai mübarizəyə, millətin vicdanında yer tutan haqq savaşına gətirib çıxardı.
2012-ci ildən başlayaraq, Əziz müəllim Azərbaycan Qaçqınlar Cəmiyyətinin rəhbərliyində çalışdı. 2014–2022-ci illərdə sədr kimi bu qurumu yalnız idarə etmədi – onu ideoloji və milli düşüncə mərkəzinə çevirdi. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın səsi məhz bu platformada dövlət və cəmiyyət səviyyəsində eşidilməyə başladı. Ən mühüm addımlardan biri isə 2019-cu ildə atıldı – o, Qərbi Azərbaycan İcmasının təməlini qoydu.
Bu icma artıq sadə bir təşkilat deyildi – bir xalqın ləyaqətinin, tarixi varlığının, qayıdış ümidinin rəsmi səsi idi. Onun sükanı arxasında Əziz Ələkbərli dayanmışdı – zəhməti ilə, səbr və ardıcıllığı ilə. 2022-ci ildə təşkilat müstəqil şəkildə yenidən formalaşdı və o, yenidən sədr seçildi. Bu etimad həm onun təşkilati bacarığına, həm də milli mövqeyinə verilmiş qiymət idi.
Qərbi Azərbaycan İcması qısa şəkildə yalnız ictimai təşkilat yox, milli yaddaşın dirçəliş ocağına , ideoloji güc mərkəzinə , tarixi ədalətin bərpa edilməsi üçün intellektual tribunaya çevrildi. Onun əsas tezisi budur: “Biz ora qayıtmaq hüququna malikik, bu arzularımızın, hüquqlarımızın və tariximizin tələbidir.”
Bu prinsipə əsaslanmaqla, onun əsasında “Böyük Qayıdış Konsepsiyası” hazırlanaraq dövlət orqanlarına təqdim edildi. Sənəd yalnız ideoloji və emosional çağırış deyil – burada beynəlxalq hüquqa, BMT prinsiplərinə, insan hüquqlarının normalarına və tarixi ədalətə söykənən konkret fəaliyyət strategiyası yer alır.
Əziz Ələkbərli bu hərəkatı qisasçılıq deyil, ədalətçilik , qarşıdurma deyil, həqiqətin tanıdılması , köhnə nifrətin təkrarı deyil, gələcək üçün sağlam əsasların qurulması kimi təqdim edir. Onun çıxışlarında bu fikir tez-tez təkrarlanır:
"Biz keçmişi silməyə yox, onu unudulmamaq üçün xatırlamağa çalışırıq. Yaddaşsız gələcək olmaz.”

Böyük tarixi missiya
İctimai məsuliyyət siyasətə, oradan isə dövlət quruculuğuna uzanan bir pillə oldu.
Əziz Ələkbərlinin əsl tarixi missiyası isə 2024-cü ilin oktyabrında spiker Sahibə Qafarovanın sərəncamı əsasında yaradılan "Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu"na rəhbər təyin edilməsi ilə yeni bir mərhələyə qədəm qoydu. Bu, sadəcə vəzifə deyildi – bu, tarixlə, ədalətsizliklə, yurd həsrəti ilə üz-üzə duran bir millətin "Mən buradayam" deməsi idi. Və bu tarixi "mən"i Əziz Ələkbərli dilləndirirdi.
Əziz müəllimin fərqi ondadır ki, o, sadəcə tarixi danışmır – onu yaşayır, yaşadır, yazır və qoruyur. O, yalnız deputat mandatı ilə deyil, xalqın içindən gələn bir inamla çalışır. Seçildiyi dairənin – 66 saylı Saatlı Seçki Dairəsinin sadə insanları ilə təkcə tədbirlərdə deyil, həyatın ən çətin anlarında yan-yana olur. O, tribunada danışdığı qədər kənd yollarında da görünən, iclas salonlarında olduğu qədər evlərə, qəlblərə yol tapan bir simadır.
Əziz müəllimin yazılarında da, çıxışlarında da, idarəçilik fəaliyyətində də Qərbi Azərbaycana qayıdış düşüncəsi bir amal kimi oxunur. Hər sözündə, hər addımında bu ideyanın cığırını çəkir. Onun fəaliyyəti ilə artıq beynəlxalq tribunalarda, Azərbaycanın hər bir hissəsində bu məsələlər müzakirə olunur – və ən əsasları, dövlət tərəfindən dəstəklənən bir siyasətə çevrilib. Bu uğur – Əziz Ələkbərlinin həm də mənəvi inancının nəticəsidir.
O, tribunalarda sadəcə faktlarla danışmır – orada bir kənd uşağının göz yaşını, bir ata nəslinin məhv olmuş məzarlarını, bir ananın qapısız evə yazdığı laylasını danışır. O danışanda, torpağın özü danışır – Vedibasarın torpağı, Göyçə gölünün dalğası, Zəngəzurun dağları, İrəvanın dağıdılan məscidləri danışır. Bu danışıq bir millətin ruhudur.
Əziz Ələkbərli həm də gənclik üçün örnəkdir. Onun təmkinli duruşu, aydın baxışı, sarsılmaz iradəsi, sanki bir dərsdir: “Haqq uğrunda yorulmaq olmaz.” O, haqqın yalnız müdafiəçisi deyil – haqqın özüdür, haqqın səsinə çevrilmiş bir ömürdür.
Hər könüldən bir səs – sevgi və hörmətin harmoniyası
Əziz Ələkbərli haqqında danışan hər kəsin sözündə eyni məna var: o, yalnız bir alim və siyasətçi deyil, həm də insanlığı ilə seçilən nadir şəxsiyyətdir. Onun haqqında deyilənlərdə yalnız rəsmi fəaliyyətinin deyil, daxili dünyasının da izləri görünür.
Milli Məclisin Beynəlxalq münasibtələr və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov yazır:
“Təvazökar, sakit, lakin son dərəcə intizamlı, məsuliyyətli və yüksək peşəkarlığa malik olan Əziz Ələkbərli bu gün parlament diplomatiyasının ön cəbhəsində çalışır. O, təkcə Ermənistandan qanunsuz olaraq deportasiya olunan Azərbaycanlıların deyil, onilliklər ərzində dünya ictimaiyyətindən gizlədilən həqiqətin müdafiəsi uğrunda mübarizə aparır. Qarabağ və Şərqi Zəngəzur azad olunduqdan sonra aydın oldu ki, bölgədə hərtərəfli sülhə nail olmaq bu həqiqətlər tam açıqlanmadan mümkün olmayacaq. Bu çətin, lakin şərəfli missiya Əziz Ələkbərliyə tapşırıldı.
Qısa müddət ərzində onun rəhbərliyi ilə həyata keçirilən planlı işlər nəticəsində Ermənistanda yaşamış azərbaycanlıların faciəsi haqqında məlumat dünyada geniş yayılmağa başladı. Beynəlxalq təşkilatlarda sənədlər qəbul olundu, elmi konfranslar və simpoziumlar keçirildi, sərgilər təşkil olundu, kitablar nəşr olundu, ermənilər tərəfindən onilliklərlə gizlədilən cinayətlər və azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və əsas insan hüquqlarının pozulması ilə bağlı filmlər çəkildi, tablolar yaradıldı.
Bu gün BMT və ATƏT, Türk Dövlətləri Təşkilatı, TÜRKPA və digər bir çox beynəlxalq təşkilat səviyyəsində Ermənistandakı azərbaycanlıların faciəsi ilə bağlı hüquqi sənədlər mövcuddur. Əminəm ki, yaxın gələcəkdə həqiqətin zəfərini görəcəyik, çünki bu gün Əziz Ələkbərlinin etdiyi hər şey ölkəmizin milli maraqlarının müdafiəsi və onun sədaqətlə xidmət etdiyi dövlətimiz üçündür.”
Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, akademik Misir Mərdanov:
“Əziz Ələkbərlinin simasında biz siyasi təmsilçiliyin, mədəni iradənin və insani vicdanının birləşdiyini görürük. O, öz xalqını yalnız geriyə – itirilmiş yurda deyil, eyni zamanda irəliyə – daha möhkəm gələcəyə aparmaq istəyir. Onun qəlbində daşıdığı Qərbi Azərbaycan həsrəti, artıq bir fərdi duyğuya yox, kollektiv milli vətəndaşlıq borcuna çevrilmişdir.”
Milli Məclisin deputat Əli Hüseynli:
“Bəzən zaman elə bir şəxsiyyət yetişdirir ki, o, təkcə öz dövrünün deyil, həm də tarixin qapısını açan açar olur. Əziz Ələkbərli – bu ad bu gün təkcə bir millət vəkilini, bir tədqiqatçını və ya Qərbi Azərbaycan İcmasının rəhbərini deyil, həm də bir xalqın yaddaşını, iztirabını və əzmini təmsil edir.”
Bakı Dövlət Universitetinin dosenti, şair Rüxsarə Adilqızı:
“Əziz müəllim nəinki tarixə baxan, həm də tarixlə danışan, tarixlə yaşayan insandır. Onun çıxışlarında təkcə faktlar, sənədlər, arxivlər deyil, həm də içimizin sızısı, köç yollarının tozu, viran qalmış yurd yerlərinin həsrəti var. O, qələmə aldığı hər sətirdə bir ailənin taleyini, bir tayfanın səsini, bir kəndin izini daşıyır. O danışanda, sanki təkcə özü danışmır – İrəvan mahalında susdurulmuş nənələrin laylası, Göyçə gölünün sahilində unudulmuş xatirələr, Zəngəzurdan sürgün olunan babaların nəğməsi, ASğbabada dağıdılmış məzar daşları danışır.”
Tarixçi-tədqiqatçı Səbuhi Hüseynov:
“Əziz Ələkbərlinin elmi işi bir millətin yaddaşının rekonstruksiyasıdır. O, tarixə quru salnamə kimi yox, yaşayan, nəfəs alan bir varlıq kimi baxır. Qərbi Azərbaycan mövzusuna həsr etdiyi tədqiqatlar, çıxışlar, çağırışlar – bunların hər biri Azərbaycan xalqının başına gətirilən zülmlərin sənədli etirafıdır. Onun araşdırmaları bizə təkcə nəyin baş verdiyini yox, nəyin unutdurulmağa çalışıldığını da xatırladır.”
Miraslan Bəkirli- yazıçı:
“Əziz müəllim təkcə keçmişi araşdırmır, o, gələcəyi yönəldir. Bugünkü gənclər üçün Qərbi Azərbaycan mövzusunun yalnız folklor və arxiv çərçivəsində qalmaması üçün mübarizə aparır. Onun nitqlərindəki sarsıdıcı emosional güc – xalqına olan sevgi, vətənə olan sədaqət, yurduna olan məhəbbət – sanki bir övladın anasını itirdikdən sonra onu səsləməsinə bənzəyir. O, Azərbaycan xalqının Qərbi Azərbaycandakı ana vətəninə səslənişini simvolizə edir.”
Aytən CƏFƏROVA-filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi:
“Bəzən danışmaq çətindir, çünki boğazda düyün olur. Əziz Ələkbərlinin çıxışlarında bu düyünü hiss edirsən – elə bil göz yaşı boğazdan qalxmayıb, amma sözə çevrilib. O, tarixçi kimi yazır, amma hər sətrində bir şairin ürək çırpıntısı var. Hər faktın arxasında bir insan taleyi, hər arxiv sənədinin arxasında bir dağıdılmış ocaq dayanır.
Bu gün millət vəkili kimi, o, parlament tribunasında təkcə qanun layihələri müzakirə etmir, həm də bir xalqın tarixi haqqını, hüququnu, harayını daşıyır. Qərbi Azərbaycan İcmasının sədri kimi fəaliyyəti, yalnız icma liderliyi deyil, həm də milli vicdanın səsi olmaq deməkdir.
Əziz müəllim həm də mənim elmi rəhbərim olduğuna görə onu daha yaxından tanıyıram. O, bir alim kimi də, insan kimi də çox dəyərlidir. Həyatımda, alim kimi yetişməyimdə xüsusi yeri olan bu adam haqqında danışmaq, söz demək özü də bir şərəfdir.”
Nazim Mustafa-tarix elmləri üzrə fəlsəfə doktoru:
“Əziz Ələkbərli bu xalqın ağır yükünü çiyinlərində daşıyan, tarixlə təqvim arasında yox, yaddaşla zaman arasında körpü quran adamdır. O, susdurulmaq istənilən tarixin səsini açır, məhv edilmiş məzar daşlarının üstündə yenidən doğan hekayələri yazır.”
Bütün bu fikirlər bir həqiqəti göstərir: Əziz Ələkbərli haqqında danışan hər kəsin sözündə sevgi, hörmət var. O, sadəcə gördüyü işlərlə deyil, davranışı, təvazökarlığı, dürüstlüyü ilə də könüllərdə iz qoyub.
“Mən bu yurdun təkcə oğlu deyiləm, həm də qayıdan nəfəsiyəm. Qərbi Azərbaycan bizim itirilmiş deyil, gözləyən torpağımızdır. Ora bizsiz yetim, biz onsuz natamamıq.” – Əziz Ələkbərli özü də belə deyir.
Bəli, o, bir mübarizənin söz adamıdır – lakin bu söz kağızda qalmır, gerçəkdə vücuda gəlir.
Tarixə deyil, gələcəyə yazılan ad
Əziz müəllim Qərbi Azərbaycan mövzusunu yalnız tarix kitablarının səhifəsində deyil, insan talelərində, ömür kitablarında, unudulmuş yurd adlarında, susdurulmuş məzar daşlarında axtarır. Onun hər bir çıxışı, hər bir yazısı Azərbaycan xalqının içində qopmuş köç fırtınasının səsini içimizə qaytarır.
“Biz orda doğulmamışıq, amma o torpaq bizi doğub”, – deyə o yazır və bu sözlər artıq sadə cümlə deyil, bir xalqın mənəvi manifestinə çevrilir.
Əziz Ələkbərli bu sahədə tək çalışmır. Onun uzun illərdir üzərində işlədiyi tarixi və publisistik layihələr tədricən sistemləşir, cəmiyyətə təqdim olunur. Onlardan ən mühümü, şübhəsiz, “Qərbi Azərbaycan irsi” kitabıdır. Bu əsər tədqiqatçı- tarixçi Səbuhi Hüseynovla birgə yazılıb və faktiki olaraq Qərbi Azərbaycandakı Azərbaycan xalqına məxsus mədəni, tarixi, dini, memarlıq və qəbiristanlıq irsinin sənədləşdirilmiş ensiklopediyasıdır.
Kitab Qərbi Azərbaycan torpaqlarında – indiki Ermənistan ərazisində yerləşən məscidlər, türbələr, alban abidələri, su dəyirmanları, məzarlıqlar və yüzlərlə yaşayış məntəqəsi haqqında dolğun məlumat təqdim edir. Əsərdə fotoşəkillər, arxiv sənədləri, xəritələr və erməni mənbələrinin özü ilə sübut olunmuş faktlar əsasında Azərbaycan irsinin məhv edilməsi və saxtalaşdırılması prosesi ifşa olunur.
Əziz Ələkbərli bu kitabla təkcə tarix yazmır. O, bir xalqın unudulmaq üzrə olan varlığını bərpa edir. Hər başlıq, hər şəkil, hər qeyd – bir izdir. Bir nəfəsdir. Bir qayıdış işarəsidir.
“Əgər bir xalqın qəbirləri danışa bilsəydi, Qərbi Azərbaycan torpaqları sükut içində qışqırardı.”
Əziz Ələkbərli
Ailənin səssiz qəhrəmanı
İnsan ömrü yalnız ictimai statuslar, titullar və təltiflərlə deyil, onun ailədəki rolu, övladlarına verdiyi tərbiyə və mənəvi irslə də ölçülür. Əziz Ələkbərli üçün ailə – təkcə birgə yaşanan məkan deyil, dəyərlərin, məsuliyyətin və sevgilərin vəhdətidir. O, övladlarına təkcə ata nəvazişi ilə deyil, həm də müəllim təcrübəsi, dost sədaqəti və ideya yolçuluğu ilə yanaşan bir ailə başçısıdır.
Əziz müəllimin ailəsi onun həyatındakı ən böyük dayaqlardan biridir. O, elmdə, ictimai fəaliyyətdə, siyasətdə nə qədər uğur qazanmışsa, bu zəfərlərin təməlində ailəsinin sevgisi, anlayışı və mənəvi dəstəyi dayanır. Evində sükutla danışan, baxışları ilə yol göstərən, təvazökarlığı ilə nümunə olan bir ata obrazı var. O, öz övladlarına hər zaman sadə, dürüst və çalışqan olmağı öyrədib – özü necə yaşayıbsa, onları da bu cür formalaşdırıb.
Əziz Ələkbərlinin ailə modeli klassik Azərbaycan ailəsinin nümunəsidir – burada hörmət, sevgi və qarşılıqlı anlayış hökm sürür. O, ailədəki hər bir üzvün fikrinə dəyər verir, evin ən kiçiyindən ən böyüyünə qədər hər kəsi dinləyir, yol göstərir. Bu keyfiyyətləri ilə o, təkcə ata deyil, həm də ailə lideridir – səssiz, lakin möhkəm dayaq kimi. O, nə qədər ictimai proseslərin içində olsa da, ailə ilə keçirdiyi hər an, cəmiyyət üçün gördüyü işlər qədər dəyərlidir.
Bu gün Əziz Ələkbərlinin ailəsi də onun özü kimi nümunəvi bir qurumdur. Orada ata sözü qanundur, amma hökm deyil – hikmətdir. Orada səssiz təbəssüm bir himayədir, bir öyrədici baxış min kəlamdan artıq danışır. Belə bir ailədə böyüyən nəsil birlikdə sabaha inamla gedir – onların arxasında Əziz Ələkbərli kimi bir ATA dayanır.

65 Yaş – kamilliyin və davamlı missiyanın Zirvəsi
Bu ilin oktyabrın 5-də (həm də Beynəlxalq Müəllimlər Günündə) Əziz Ələkbərli 65 yaşını tamamlayır. Bu, sadəcə bir rəqəm deyil — bir ömrün, bir missiyanın, millətə xidmətlə keçən illərin rəmzidir. Bu yaş, yalnız illərin deyil, həm də mənalı işlərin, xalqın yaddaşına həkk olunmuş izlərin göstəricisi, elmin, ictimai fəaliyyətin, ailə dəyərlərinin və milli kimliyin vəhdətində tamamlanan kamillik zirvəsidir. Onun 65 illik ömrü yalnız şəxsi bioqrafiya deyil, bütün bir xalqın yaddaş tarixidir.
Əziz Ələkbərlinin həyat yolu yalnız bir elm adamının deyil, həm də yaddaş savaşçısının, mədəniyyət keşikçisinin yoludur. Onun bütün fəaliyyəti bir əməl ətrafında cəmlənir: milli kimliyimizi qorumaq, unudulan səsimizi yenidən ucaltmaq. Hər yazdığı əsər, söylədiyi, atdığı addım bir xalqın tarixi yaddaşını yaşatmağın, torpaq həsrətini gələcək nəsillərə başa salmağın fikirdir.
65 yaş – çoxları üçün istirahət çağı sayılsa da, Əziz müəllim bu yaşda fəaliyyət göstərir, vətəninə xidmət davam edir. Çünki onun nəfəsi Vətənlə döyünür, dili millətin ruhunu yazır. O, zamanın dəyişkənliyi dəyişməyən bir dəyəri olaraq qalır – milli düşüncənin, xalq sevgisinin daşıyıcısı kimi.
Bu yubiley – sadəcə təqvim bayramı deyil. Bu, həm də bir təşəkkür anıdır. Xalqın yaddaşını daşıyan, Qərbi Azərbaycanın dərdlərini qələmə alan, köç yollarının sükutunu danışdıran, mədəniyyətimizin ruhunu yaşadan bir insana təşəkkürdür. O, təkcə bir alim və ziyalı deyil – həm də bütöv bir amalın təmsilçisidir.
Bu yaşda o, həm keçilmiş yolun sabit, inamlı addımlarını arxada qoyur, həm də qarşıdakı illərə yeni missiyalarla, yeni çağırışlarla, yeni ümidlərlə addımlayır. Çünki Əziz Ələkbərlinin həyat fəlsəfəsində yaşlanmaq – dayanmaq deyil, daha da güclənmək, dərinləşmək və yeniliklərə qucaq açmaqdır.
Onun 65 yaşı – bir ömrün zirvəsi, keçilmiş bir yolun timsalında, bir xalqın səsinə çevrilmiş yaddaşın yaşıdır.
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər