Mobil versiya
YAP-ın cəmiyyətdə aparıcı rolu danılmazdır
Tarix: 05-03-2024 | Saat: 12:01
Bölmə:Gündəm | çapa göndər

YAP-ın cəmiyyətdə aparıcı rolu danılmazdır

Cari ilin fevral ayının 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri bir daha sübut etdi ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında məhz xalqın partiyasıdır. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqın mütləq çoxluğunun etimadını qazanaraq yenidən Ölkə Prezidenti seçilməsi partiyamızın nüfuzunu bir qədər də artırdı. Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP bundan sonra da Azərbaycanın ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvə kimi çıxış etməyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi.
Möhtərəm cənab Prezidentimizin 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında etdiyi tarixi çıxışında ölkəmizin gələcəyi ilə bağlı təqdim olunan konsepsiyalar bu gün böyük uğurla həyata keçirilməkdədir. Artıq uzun müddətdir ki, Azərbaycan dövlətinin enerji və nəqliyyat siyasəti, icra olunan layihələr bir tərəfdən qlobal əhəmiyyətə və yüksək səmərəliliyə malik enerji və nəqliyyat dəhlizlərinin, digər tərəfdən isə bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaratdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bütün region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açmış oldu. Möhtərəm dövlət başçımızın VII qurultaydakı çıxışında dediyi kimi, bütün bunlar nəzərə alınaraq, gələcək elə planlaşdırılmalıdır ki, ölkənin uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin, müstəqilliyimiz əbədi olsun. Əlbəttə ki, bu konseptual tezislərin icrasını 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirinin möhtəşəm nəticələri fonunda qiymətləndirsək, bu zaman Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrin artıq uğurla həyata keçirildiyini əminliklə deyə bilərik. Bu gün öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın müstəqilliyi öz ifadəsini ölkəmizin iqtisadi gücündə, hərbi qüdrətində və əlbəttə ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə dövlətin yürütdüyü müstəqil siyasətdə tapır.
Qeyd etmək lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət kimi ortaya çıxmışdı. Həmin dövrdə Azərbaycanın üzləşdiyi hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən dağıdıcı proseslər Azərbaycanın müstəqil ölkə kimi varlığını ciddi təhdid altına qoymuşdu. Belə bir təhlükəli şəraitdə ölkəni və xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Məhz bu gərgin zamanda öz xalqını, dövlətini düşünən 91 nəfər qabaqcıl Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Ulu Öndər müdrik uzaqgörənliklə bu çağırışı qəbul etdi. 1992-ci ildə Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. 1993-cü ilin oktyabr ayında isə, Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Ölkə Prezidenti seçildi və bundan sonra Azərbaycanın böhrandan çıxma prosesi başladı. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partyamızın VII qurultayında söylədiyi tarixi nitqində dediyi kimi, milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Bu gün də Yeni Azərbaycan Partiyası xalqımızın ən tərəqqipərvər nümayəndələrini öz sıralarında birləşdirməklə, cəmiyyətin və ölkənin inkişafında aparıcı qüvvə kimi çıxış edir.
YAP-ın VII qurultayından sonra yaradılmış müvafiq işçi qrup tərəfindən yeni proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuşdur, Ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir. Qeyd etmək lazımdır ki, partiyamızın 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş proqramın müəllifi də YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyev olub. Həmin proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olmuşdu. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edildi. Yeni proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. 5 fəsildən ibarət olan proqramda artıq Azərbaycanın qarşısında dayanan yeni hədəflər öz əksini tapıb.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025