Qazaxıstandan 3,2 milyon dollarlıq buğda alınıb
Tarix: 06-10-2016 | Saat: 13:11
Bölmə:İqtisadiyyat | çapa göndər
“Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana 3,2 milyon dollarlıq buğda idxal olunub ki, bu da Qazaxıstandan nəzərdə tutulan buğda idxalının ümumi həcminin 73%-ni təşkil edir”.
Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edilir.
N.Əliyevin sözlərinə görə, bu il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 31% artıb: “Azərbaycanda illik buğda istehsalı 1,7 milyon tondur. Taxıla olan 1,3 milyon tonluq əlavə tələbat isə Rusiya ilə yanaşı, əsasən, Qazaxıstan hesabına ödənilir.
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust aylarında 91 milyon dollar olub ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 31% çoxdur. İxrac 16 milyon dollara, idxal isə 75 milyon dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 76%, idxal isə 25% artıb”, - deyə nazir əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024