Ana Sayfa > İqtisadiyyat > Qazaxıstandan 3,2 milyon dollarlıq buğda alınıb
Qazaxıstandan 3,2 milyon dollarlıq buğda alınıb6-10-2016, 13:11. Yazar: admin |
“Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana 3,2 milyon dollarlıq buğda idxal olunub ki, bu da Qazaxıstandan nəzərdə tutulan buğda idxalının ümumi həcminin 73%-ni təşkil edir”. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edilir. N.Əliyevin sözlərinə görə, bu il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 31% artıb: “Azərbaycanda illik buğda istehsalı 1,7 milyon tondur. Taxıla olan 1,3 milyon tonluq əlavə tələbat isə Rusiya ilə yanaşı, əsasən, Qazaxıstan hesabına ödənilir. Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust aylarında 91 milyon dollar olub ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 31% çoxdur. İxrac 16 milyon dollara, idxal isə 75 milyon dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 76%, idxal isə 25% artıb”, - deyə nazir əlavə edib. Geri dön |