“Cəmil Həsənlinin qulağına bir adam pıçıldasın ki…“ - Elşən Musayev
Tarix: 06-09-2015 | Saat: 16:04
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər
“Cəmil Həsənli öz qəlibində deyil. Ona görə vurnuxa – vurnuxa qalıb, çabalayır, verdiyi dəxilsiz açıqlama və bəyənatlar ilə özünü hər gün, hər saat daha da batırır, rəzil edir. Oysa, bu qocaman siyasətcığazın qulağına bir adam pıçıldamalıdır ki, balası, sənin fəaliyyətin siyasətdir. Eyni adlı meydanda isə görülməsi gərəkən ən vacib iş iş seçkidə iştirakdır. Yəni danos verməkdən, poz verməkdən, ağıl verməkdən, Əli Kərimliyə qaz verməkdən qabaq namizədlik vermək və ya həmin namizədliyi irəli sürmək lazımdır. Həm də düşünmədən!”
Bu fikirləri politoloq Elşən Musayev “Milli Şura”nın sədri Cəmil Həsənlinin Parlament seçkilərində iştirak etməmək haqda aldığı qərarı şərh edərkən söyləyib.
“Öz də “Azadlıq” qəzetinə tapşırıq verilib ki, kişinin adının əvvəlinə mütləq professor sözü yazılsın. Təqdimat daha rəngli olsun deyə. Bir vaxtlar Lalə Şövkətin də nümayəndələri elə edərdi. Efirə, mediaya çıxan bütün laləsevərlərə, ALP üzvlərinə elə Lalə xanımın özü tərəfindən ciddi təlimat verilmişdi ki, bəs “professor”suz olmasın ha...
Amma burda təəccüblü bir şey də yoxdur. Əgər Kərimli “Azadə”, “Elton”, “Güldəstə” adı ilə yazılar yazırsa + həmin yazılar içində öz tərəfindən özü müxalifət lideri kimi təqdim olunursa ta başqasına, ətrafdakına nə deyəsən? Əgər Əli - Cəmil cütlüyü hakimiyyətin başını buraxaraq 24 saat boyunca Rauf Arifoğlu və “Yeni Musavat”la uğraşırsa, bu qarşıdurmanın fonunda seçki unudulursa o zaman əlahəzrət məntiqin diktə elədiyi proseslərdən başqa nə umasan? Təbii, heç nə. Adamlar zatən “hava”ya giriblər, hallusinasiya mərhələsinə qədəm qoyublar. Üstəlik, beyinlərindəki bütün xəttlər, naqillər də qarışıb. Durmadan tüstü verirlər. Söhbət bax budur” – deyə Partiya sədri fikirlərinə davam edib. (7News.az)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024