Mobil versiya
Elan
Tarix: 30-12-2023 | Saat: 11:12
Bölmə:Özəl | çapa göndər

Elan

“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərini rəhbər tutaraq Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırır ki, Cəmiyyətin Direktorlar Şurasının 30 dekabr 2023-cü il tarixli qərarına əsasən 15 fevral 2024-cü il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı şəhəri A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”nın 8-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların 15 fevral 2024-cü il tarixində keçiriləcək ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1 Cəmiyyətin 2024-cü il üçün büdcəsinin təsdiqi.
2 Cəmiyyətin təşkilati strukturunun yenidən təsdiqi.
3 Cəmiyyətin İdarə Heyətinin üzvü, Maliyyə Departamentinin müdiri, Baş Mühasib Əfəndiyeva Lalə Əli Heydərovnanın müalicə xərclərinin qarşılanması üçün maliyyə yardımının ayrılması.
4 “Qala Həyat” ASC tərəfindən 2022 və 2023-cü illər ərzində ödənilmiş dividendlərin və cəmiyyətin ötən illər üzrə bölüşdürülməmiş mənfəətinin səhmdarlar arasında bölüşdürülməsi.
5 2023-cü ilin maliyyə hesabatlarının təsdiqi.
6 2023 - cü ilin nəticələrinə görə Cəmiyyətin təsdiq edilmiş 2023-2025-ci illər üzrə strategiyasına uyğun olaraq mükafat/bonus fondunun ayrılması.
7 2024-cü il üçün Azərbaycan Sığortaçılar Assosiasiyasına ödəniləcək üzvlük haqqının və maddi yardımın təsdiq olunması.
8 Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “AzRe Təkrarsığorta” ASC arasında bağlanmış memorandumunun icrası üçün maliyyə vəsaitinin ayrılması.

Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə