Mobil versiya
Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi - Ərdoğan
Tarix: 16-02-2024 | Saat: 17:47
Bölmə:Dünya / Manşet | çapa göndər

Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi -

Şərqi Avropadakı müharibədə Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda keçirilən mitinqdə çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə davam edən müharibədə bir çoxundan fərqli olaraq, alova benzin tökməyib: “Əksinə, biz vasitəçilik üçün çalışdıq. Hərçənd ki, bizi də yanlış yola çəkmək istəyənlər var idi”.

R.T.Ərdoğan söyləyib ki, Ankara bu müharibədə Qərbin yox, ədalətin mövqeyindən çıxış edib: "Biz usta şahmatçılar kimi davrandıq. Nəticədə Türkiyənin təhlükəsizliyini təmin edə bildik".

Türkiyə lideri bildirib ki, ölkəsinin xarici siyasət kursunun əsas istiqaməti dostların sayını artırmaqdır: "Dost və qardaş ölkələrlə isə əlaqələri gücləndirməliyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025