Ana Sayfa > Dünya / Manşet > Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi -
Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi -16-02-2024, 17:47. Yazar: sevinc1 |
Şərqi Avropadakı müharibədə Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi. aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda keçirilən mitinqdə çıxış edərkən deyib. O bildirib ki, Türkiyə davam edən müharibədə bir çoxundan fərqli olaraq, alova benzin tökməyib: “Əksinə, biz vasitəçilik üçün çalışdıq. Hərçənd ki, bizi də yanlış yola çəkmək istəyənlər var idi”. R.T.Ərdoğan söyləyib ki, Ankara bu müharibədə Qərbin yox, ədalətin mövqeyindən çıxış edib: "Biz usta şahmatçılar kimi davrandıq. Nəticədə Türkiyənin təhlükəsizliyini təmin edə bildik". Türkiyə lideri bildirib ki, ölkəsinin xarici siyasət kursunun əsas istiqaməti dostların sayını artırmaqdır: "Dost və qardaş ölkələrlə isə əlaqələri gücləndirməliyik". aia.az Geri dön |